Komitə sədri Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib

Azərbaycanda Aliment Fondunun yaradılması və şəhid ailələrinin borclarının ödənilməsi təklif edilib.

“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

“Ümid edirəm ki, iqtisadi imkanlar genişləndikcə sosial sahəyə ayrılan vəsaitlər daha da artırılacaq”, — o vurğulayıb.