Bələdiyyələrlə bağlı qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

«Report”un xəbərinə görə, dəyişikliklə bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır.

Belə ki, dəyişikliklə yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid edilir.

Qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.