ABŞ rəhbəri Nikaraqua ölkə rəsmilərinə qadağa tətbiq etdi

Ağ Ev rəhbəri Co Bayden Nikaraqua hakimiyyət nümayəndələrinin ABŞ-a gəlişini və immiqrasiyasını qadağan edən qərar imzalayıb.

 

Axar.az xəbər verir ki, qərarın Nikaraquada insan haqları və demokratiyanın boğulması ilə əlaqədar olduğu bildirilib.

 

Qeyd edək ki, bundan öncə ABŞ tərəfi Nikaraquada ümumi seçkiləri tanımaqdan imtina etmiş, diplomatik və iqtisadi təzyiqləri davam etdirəcəyini açıqlamışdı.