Ukrayna ombudsmanına Saakşviliyə baş çəkməsinə icazə verilməyib

Ukraynanın insan haqları üzrə müvəkkili Lyudmila Denisovaya Tbilisidə türmə xəstəxanasında olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini ziyarət etməsinə icazə verilməyib.

“Report”un yerli bürosu xəbər verir ki, ombudsman imtinanın səbəbi barədə rəsmi izahat almadığını bildirib.

L.Denisova həbsxana rəhbərliyi ilə görüşməyə hazırlaşdığını qeyd edib.

Məsələyə münasibət bildirən Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib ki, Ukrayna ombudsmanının M.Saakaşvilinin yanına buraxılması ilə bağlı öhdəlik yoxdur və buna ehtiyac duyulmur.

Xatırladaq ki, L.Denisova oktyabrın 27-də Gürcüstana səfər edib. Həmin vaxt o, M.Saakaşviliyə baş çəkə bilib. Ötən gün ombudsman Ukrayna vətəndaşının türmə klinikasına köçürülməsini işgəncə adlandırıb.

M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Tbilisinin Qldani həbsxanasının klinikasına yerləşdirilib.