Fransa səfiri sərhəddəki gərginlikdən danışdı

«Bizim üçün azərbaycanlı tələbələrin Fransada təhsil alması prioritetdir».

 

 

 

Modern.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

 

 

 

Səfir bildirib ki, sərhəddə vəziyyət gərgindir, ətrafda gərginliklər var, ancaq bununla belə xoş hadisələr də baş verir: “Bizim üçün azərbaycanlı tələbələrin Fransada təhsil alması prioritetdir. Bu, iki ölkə arasında güclü insani əlaqələrin yaradılmasına, elmin inkişafına təkan verir. Bu, həm Fransa, həm də Azərbaycan universitetləri üçün vacibdir”.

Zakari Qrossun sözlərinə görə, qlobal cəmiyyətdə gənclərin xarici ölkələrdə təhsil alması həm də bir tələbə çevirilib.

 

Səfir deyib ki, bu il 85 azərbaycanlı tələbə Fransaya təhsil üçün gedib:

 

“Ötən illərlə müqayisədə bu rəqəm azdır, daha əvvəl bu rəqəm 120-dən artıq idi. Bu, pandemiya ilə əlaqəlidir və inanıram ki, biz bu rəqəmin artacağını görəcəyik”

Daha sonra Fransa və Azərbaycan təhsil əlaqəlırindəki fəaliyyətinə görə UFC-nin (University Foundation Courses) rəhbəri Reyhan Hüseynova Akademik Palma ordeninin medalı ilə təltif edilib.