Ermənistan 6 hərbçisinin əsir düşdüyünü idda edir

Ermənistan mətbuatı hazırda Zəngəzurda vəziyyətin gərgin olduğunu yazır.

Modern.az xəbər verir ki, “Hraparak” qəzetinin xəbərinə görə, 6 erməni hərbçisi Azərbaycan ordusuna əsir düşüb.

“Məlumatı Müdafiə Nazirliyindəki mənbələrimiz təsdiqləsə də, rəsmi təsdiq ala bilmədik”, — qəzet yazır.

 

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bir neçə saat öncə yaydığı məlumatda bildirib ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.

«Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib”.