Energetika naziri ilə Qətərin “Nebras Power” şirkətinin icraçı direktoru arasında görüş keçirilib

Energetika Nazirliyindən LAF TV.az verilən məlumata görə, görüşdə “Nebras Power” şirkətinin fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və bərpa olunan enerji sahəsində təcrübəsinə dair məlumat verilib. Bərpa olunan enerji sahəsində Azərbaycanda həyata keçirilən islahatlar, yaxın gələcəkdə təşkili planlaşdırılan “yaşıl enerji” hərracları barədə danışılıb, külək enerjisi, o cümlədən dənizdə külək enerjisi və hidroenerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Energetika sahəsində uzunmüddətli investisiyalar həyata keçirən “Nebras Power” şirkətinin Azərbaycanda enerji layihələrində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı imkanları barədə müzakirələr aparılıb, şirkətin ölkəmizə sərmayə yatırmaqda maraqlı olduğu bildirilib.