Bərdədə ağac kəsintisi ilə bağlı cinayət işi açıldı

Bərdə rayonunun Xanərəb kəndi ərazisində qovaq ağaclarının kəsilərək məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Bərdə Rayon Prokurorluğundan LAF TV.az-a verilən məlumata görə, araşdırma ilə müəyyən edilib ki, qeyd edilən ərazidə 58 ədəd qovaq ağacı kəsilərək məhv edilib və nəticədə təbiətə 12 590 manat məbləğində ziyan dəyib.

 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.1 (qanunsuz ağac kəsmə təkrar törədildikdə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.