Azərbaycan ordusu Laçın istiqamətində erməni əsgərlərini indi söyə-söyə qovur

Ermənistan ordusunun Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində təxribata əl ataraq mövqelərini irəli çəkməyə cəhd göstərməsindən sonra üzləşdiyi rüsvayçı vəziyyətə dair sosial şəbəkələrdə yeni videokadrlar yayılıb. Bu kadrlara əsasən Azərbaycan hərbçiləri erməni əsgərlərini postlarından heç bir silah tətbiq etmədən qovur, arada gərginlik də yaranır və əsəblərini cilovlaya bilməyən hərbçilərimiz erməni hərbçilərini söyür. Onlar isə başlarını aşağı sallayıb gedirlər, bu dəfə tərəflər arasında əlbəyaxa qarşıdurma qeydə alınmır.

Bu ilin yayında isə Laçın istiqamətində Azərbaycan hərbçiləri ordumuzun strateji yüksəkliklərdə möhkəmlənməsinə müqavimət göstərməyə çalışan erməni hərbçilərini döyə-döyə qovurdular.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Təhlükəsizlik Şurasının iclasında erməni bölmələrinin sərhəddə 4 postu tərk etməyə məcbur olduqlarını təsdiq edib. Ermənistan Baş prokurorluğu bu faktla bağlı cinayət işi qaldırdığını açıqlayıb.

virtualaz.org