ABŞ və İsrail nümayəndələri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman və İsrail xarici işlər nazirinin müavini İdan Roll Vaşinqtonda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir.

Qeyd olunub ki, ABŞ administrasiyası israillilərin və fələstinlilərin azad, firavan yaşamaqlarına layiq olduğuna əmindir.

Vendi Şerman bildirib ki, ölkəsi İsrailin təhlükəsizliyinin təmin edilməsi öhdəliyinə sadiqdir