Saakaşvili yenə məhkəmə zalına gətirilməyəcək

Bu gün Tbilisi Şəhər Məhkəməsində ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili ilə bağlı məhkəmə prosesi keçiriləcək.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, məhkəmə prosesi Mixail Saakaşvili tətəfindən dövlət vəsaitlərinin mənimsənilməsinə dair işlə bağlıdır.

Burada söhbət təqribən 3 milyon dollar həcmində büdcə vəsaitlərindən gedir.

Gürcü siyasətçinin vəkili Beka Basiliyanın sözlərinə görə, Saakaşvili bu prosesdə iştirak etməyi çox istəsə də, ölkə rəhbərliyi çox güman ki, buna icazə verməyəcək.

Gürcüstanın Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti isə öz növbəsində bu məlumatı təsdiq edib. Ölkənin keçmiş Prezidenti təhlükəsizlik məsələləri səbəbindən məhkəmə zalına gətirilməyəcək.

Qeyd edək ki, Mixail Saakaşvili noyabrın 10-u keçirilən məhkəmə iclasına da aparılmamışdı.