Levon Köçəryan: «Atam Paşinyanla heç vaxt görüşməyib»

«Atamla Nikol Paşinyanın indiyə kimi  heç bir  görüşü baş tutmayıb».

Unikal.org  xəbər  verir ki,  bu  sözləri  Ermənistanın  keçmiş prezidenti  Robert Köçəryanın oğlu Levon » Facebook» hesabında yazıb. O,  atasının Paşinyanla görüşmə  xəbərlərini  təkzib edib.

“Son vaxtlar yalan xəbərlər yayılır ki,   sanki atamla Nikol görüşüb. Demək lazımdır ki, belə bir görüş olmayıb. Atamın onunla nə müharibədən əvvəl nə də müharibədən sonra heç vaxt görüşü mövcud olmayıb».