KTMT xüsusi təyinatlılarının birgə təlimləri başlayır

Noyabrın 17-19-da Tacikistanın Fəxrabad poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) xüsusi təyinatlılarının “Kobalt-2021” birgə təlimləri keçiriləcək.

Axar.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd təhlükəsizlik zonalarında birgə əməliyyat-döyüş fəaliyyətlərinin hazırlanması və keçirilməsinin səmərəliliyini artırmaqdır.

Təlimlər zamanı Rusiya hərbçiləri Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan həmkarları ilə birlikdə terrorçuların məhv edilməsi əməliyyatının planlaşdırılması və keçirilməsini işləyəcəklər.