Eks-müşavirdən Paşinyana ittiham: «Ölkəni xaosa sürükləmisiz!»

“Siyasi qərarlarınız və ya qərarsızlığınız nəticəsində əsgərlər əxlaqsızdır. Sizin alovlu, uzaqgörən, emosional səthi siyasətiniz nəticəsində hər şey xaosa doğru gedir”.

LAF TV.az yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Mesrop Papikyan özünün feysbuk səhifəsində ölkə başçısının ünvanına tənqidi sözlər ünvanlayarkən deyib.

Mesrop Papikyan vurğulayıb ki, xaos inqilab etmək üçün yaxşı vasitədir, ancaq xaosla dövləti idarə etmək olmaz: “Ətrafınızda həmişə xaos olub, arxaya baxın və görəcəksiniz: Müdafiə Nazirliyində xaos, MTX-də xaos, Milli Məclisdə xaos, nazirliklərdə xaos, məclislərdə xaos, partiyada xaos, daxili siyasi meydanda xaos. Bir sözlə, xaos sizin həyat tərzinizdir. Siz hökmranlıq yox, xaos yayırsınız. Nə qədər nazir dəyişsən də, heç nə dəyişməyəcək, təyin etdiyin nazirlər sənin dublikatların, yüngül tiplərindir. Siz dəyər yarada bilməzsiniz, ancaq xaos yaradaraq onu yaya bilərsiniz”.