BƏƏ-nin vəliəhdi Türkiyəyə səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi, şahzadə Məhəmməd bin-Zayed əl-Nahyanın noyabrın 24-də Türkiyəyə səfər edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, məlumatı “Haberturk” yayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla vəliəhd arasında təkbətək görüşün keçirilməsi nəzərdə tutulub.

Məlumata görə, bir müddət əvvəl R.T.Ərdoğanla Məhəmməd bin-Zayed əl-Nhyan arasında telefon danışığı olub.

Bildirilib ki, BƏƏ Türkiyəyə İran üzərindən ticarət yolu açmaq niyyətindədir. Bu, Süveyş kanalından keçərək 20 günlük Şarja-Mersin yolunu 6-8 günə enidə bilər. Görüşdə Əmirliyin Türkiyə iqtisadiyyatına sərmayə qoyması da müzakirə olunacaq.