ABŞ Çinə qarşı tətbiq olunan rüsumları azalda bilər

ABŞ Çinə qarşı tətbiq olunan rüsumların endirilməsini nəzərdən keçirir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tay deyib.

Donald Trampın administrasiyası Çindən idxal olunan polad, alüminium və digər mallara müxtəlif rüsumlar tətbiq edib. Bu, ABŞ-ın istehlak bazarında inflasiya təziqi yaratdı. Həmin rüsumlar illik 400 milyard ABŞ dolları həcmində idxalı əhatə edir və müxtəlif hesablamala görə istehlakçılara 50 milyard ABŞ dollarına başa gəlir.