Ordu polkovniki həbs edildi: Türkiyənin verdiyi PUA-ların sirrini Rusiyaya satırdı

Türkiyənin Ukraynaya satdığı pilotsuz uçuş aparatları (PUA) ilə bağlı casusluq edən şəxs tutulub.

Publika.az xəbər verir ki, PUA-nın Ukrayna bazasındakı komandirinin texnologiya məlumatlarını ruslara satdığı iddia edilir.

Ukrayna Milli Kəşfiyyat Xidməti “Bayraktar TB-2”nin yerləşdiyi Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadasının komandiri polkovnik İlya Oleynikin ruslar üçün kəşfiyyat məlumatları topladığını üzə çıxarıb.

Ukrayna əks-kəşfiyyat idarəsi Oleyniki saxlayıb.

Ruslar üçün casusluq edən Oleynikin rus əsgərləri və Krımdakı şəxslərlə əlaqə saxladığı açıqlanıb.

Ukrayna qanunlarına görə, polkovnikin casusluq cinayəti sübuta yetirilərsə, güllələnmə ilə edam olunacaq.