Türkiyənin Şırnak vilayətində terrorçular zərərsizləşdirilib

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib.

LAF TV.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə məlumat verib.

Məlumata görə, terrorçular «Eren Kış-1» antiterror əməliyyatı çərçivəsində Bestler-Dərələr bölgəsində məhv edilib.

Nazir daha sonra əlavə edib ki, bölgədə əməliyyatlar davam edir.