Rusiya Ukrayna ilə bağlı görüşdən imtina edib

Rusiya Ukraynanın şərqindəki vəziyyəti müzakirə etmək üçün Fransa, Ukrayna və Almaniya ilə nazirlərin görüşünün keçirilməsindən imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məumat yayıb.

 

Fransa XİN bildirib ki, Almaniya ilə birlikdə Normandiya formatında nazirlərin görüşünün keçirilməsini təklif ediblər və Rusiya xarici işlər naziri bunu rədd edib.

 

Bundan əvvəl TASS xəbər agentliyi şənbə günü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya istinadən bildirib ki, Paris və Berlin Rusiyanın Normand formatında görüşdən əvvəl yekun sənədi müzakirə etmək təklifinə cavab verməyib.