«Azərişıq» Bakı üzrə səkkiz idarə rəisinin iş yerini dəyişib

“Azərişıq” ASC-nin Sədri Vüqar Əhmədovun əmri ilə Bakı şəhərinin rayon və qəsəbələri üzrə 8 rəis tutduğu vəzifədən azad olunub.

ASC-dən LAF TV.az-a verilən məlumata görə, yerdəyişmələrin aparılmasında başlıca məqsəd abonentlərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatını təmin etmək, habelə enerji satış işinin təkmilləşdirilməsində maksimum effektivliyə nail olmaqdır.

Belə ki, bəzi məsul əməkdaşların xidməti ərazilərinin dəyişdirilməsi ilə iş funksiyalarının icrasında yeni yanaşma yaradılması məqsədə müvafiq sayılıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıda göstərilən RETSİ (ETSİ) rəislərinin yerdəyişmələri aparılmışdır.

 

Ad, soyad Əvvəlki iş yeri Dəyişiklikdən sonra
Ramil Məmmədov Səbail RETSİ Xırdalan RETSİ
Ağaverdi Həsənov Xətai RETSİ Səbail RETSİ
Şahin Qədimli Xırdalan RETSİ Xətai RETSİ
Zaur Şirəliyev Nərimanov RETSİ Nizami RETSİ
Nadir Şiriyev Xəzər RETSİ Nərimanov RETSİ
Səbuhi Zeynalov Maştağa ETSİ Xəzər RETSİ
Rasim Həsənov Biləcəri ETSİ Maştağa ETSİ
Məhəmmədəli Məmmədov Nizami RETSİ Biləcəri RETSİ