Avropa İttifaqı Belarusa daha çox sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) tezliklə Belarusa qarşı daha çox sanksiyalar tətbiq edə bilər.

 

LAF TV.az xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.

 

Yeni sanksiyaların hədəfində Belarusun xarici işlər naziri və “Belavia” aviaşirkəti daxil olmaqla 30-a yaxın fiziki və hüquqi şəxslər var.

 

Diplomatlar bildiriblər ki, Aİ, həmçinin yerli sığorta sektorunu hədəf alan iqtisadi sanksiyaları genişləndirməyi də nəzərdən keçirir.

 

Qeyd edək ki, Aİ və NATO prezident Aleksandr Lukaşenkonu Yaxın Şərqdən qaçan insanları Minskə, oradan da Polşa və Baltikyanı ölkələrin sərhədlərinə göndərməklə onlardan Qərbə təzyiq etmək üçün “silah” kimi istifadə etməkdə ittiham edir.