ÜST uşaqların müalicəsi üçün Əfqanıstana tibbi yardım göndərib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstana tibbi yardım göndərib.

APA-nın «TOLO News»a istinadən verdiyi xəbərə görə, 7 ton həcmində olan tibbi yardım Qətər hökumətinin vasitəçiliyi ilə Kabilə çatdırılıb.

Bildirilib ki, göndərilən yardım kəskin qida çatışmazlığı, ishal, pnevmoniya, yuxarı tənəffüs yollarının infeksiyalarından əziyyət çəkən 5000 uşağın müalicəsi üçün istifadə olunacaq.