Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyənin Xarici İşlər Nazirliyi 8 Noyabr — Zəfər Günü münasibətilə tviter səhifəsində paylaşım edib.

LAF TV.az xəbər verir ki, paylaşımda deyilir:

«Öz torpağındakı işğalı 44 gündə başa çatdıran can Azərbaycanın Zəfər Günü mübarək olsun. Qarabağın azadlığı uğrunda şəhid olan igidlərimizi rəhmətlə yad edir, qazilərimizə şəfa diləyirik».