Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik edib

Qazaxıstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edib.

LAF TV.az xəbər verir ki, səfirliyin yaydığı təbrikdə deyilir.

«Qazaxıstan səfirliyinin kollektivi bütün qardaş Azərbaycan xalqını tarixi hadisə — Zəfər Gününün birinci ildönümünün sevinclə qeyd edilməsi və qarşıdan gələn bayramlar — Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir. Səmimi qəlbdən hər kəsə sülh, xoş günlər, əmin-amanlıq, bütün işlərdə böyük nailiyyətlər və uğurlar arzulayırıq!»