Paşinyan: «“3+3” formatı Ermənistan üçün maraqlıdır»»

«3+3″ formatı digər formaları əvəz etmirsə, başqa regional layihələr kimi Ermənistan üçün də maraqlıdır»

 

Modern.az xəbər verir ki, bunu bazar günü Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib .

 

Paşinyan əlavə edib ki, hökumətin proqramında regional əməkdaşlıq ən mühüm təməllərdən biri kimi qeyd olunub.

 

Onun sözlərinə görə, Ermənistan ilkin olaraq regionun potensialını açan istənilən layihədə maraqlıdır.