Maral Akşener Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyənin İYİ Partiyasının sədri Maral Akşener 8 Noyabr-Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

LAF TV.az xəbər verir ki, partiya lideri təbrik məktubunu tviter hesabında paylaşıb:

“Qarabağımızın qəlbi Şuşada türkün şanlı bayrağının dalğalandığı, qara buludların ardından günəşin doğduğu Qarabağ Zəfəri mübarək olsun! Qarabağ Azərbaycandır!”, — o bildirib.