Donbasda Ukrayna əsgəri həlak oldu

Ukraynanın şərqindəki Donbas bölgəsində separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusunun bir hərbi qulluqçusu həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

 

Atəşkəsin pozulması nəticəsində daha 2 hərbçinin yaralandığı bildirilir. Separatçıların atəşkəsi 8 dəfə pozduğu qeyd olunub.

 

Qeyd edək ki, 2014-cü ildən bəri separatçılarla Kiyev hökuməti arasında gedən qarşıdurmalarda 13 mindən çox insan həyatını itirib.