Cozef Baydenin reytinqi azalıb

ABŞ Prezidenti Cozef Baydenin reytinqi 38%-ə düşüb.

“Report” xəbər verir ki, bunu “The Hill” qəzeti yazıb.

Məlumata görə, “USA Today” nəşri və Suffolk Universiteti dövlət başçısının hazırkı populyarlığını müəyyənləşdirmək üçün rəs sorğusu keçirib.

Bildirilib ki, Ağ Ev rəhbərinə ictimai dəstək bir neçə aydır ki, azalır. Bundan əlavə, rəyi soruşulanların 64%-i C.Baydenin ikinci müddətə prezidentliyə namizədliyinin irəli sürülməsini istəmir.