Xəzər dənizi ilə bağlı yol xəritəsi hazırlanır

“Azərbaycanda Xəzərin külək potensialının istismarı üzrə yol xəritəsi hazırlanır. Bunu biz Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırlayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda iştirak edən energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, prosesə müvafiq mütəxəssis qrupları da qoşulub: “Bu, hərtərəfli bir yol xəritəsi olacaq. Bunun əsas məqsədi ondan ibarət olacaq ki, Xəzərdəki külək enerjisinin potensialının istifadəsi necə mümkün ola bilər, həm iqtisadi, həm də texniki nöqteyi nəzərdən, kommersiya nöqteyi nəzərdən cəlbedici olması lazımdır ki, müvafiq investisiya layihələri bu istiqamətdə həyata keçirilə bilsin”.