«Türkiyə ilə birgə hücuma keçməyə hazırıq» — Ordu əmr gözləyir

Suriyalı müxaliflər Türkiyənin YPG/PKK-ya qarşı gələcək əməliyyatlarına dəstək verməyə hazırdır.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Müxaliflərə yaxın mənbələr bildirib ki, Türkiyə mümkün hərbi əməliyyat üçün suriyalı müttəfiqlərinə hərbi vasitələr göndərib və həmin texnikalar artıq lazımi nöqtələrə yerləşdirilib.

“Hərbi əməliyyatın başlanılması ilə bağlı təlimat verilməzdən öncə hücuma hazır vəziyyətə keçmək üçün az zamana ehtiyac var”, — deyə Azad Suriya Ordusunun sözçüsü Yusif Hamid deyib.