Türkiyə artilleriyası İraqın şimalında terrorçuları zərərsizləşdirib

İraqın şimalında keçirilən «Pençe-Kaplan» əməliyyatında 2 PKK terrorçusu zərərsizləşdirilib.

«Report» xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyatlar terrorçular tamamilə məhv edilənə qədər davam edəcək”, — məlumatda bildirilir.