Katolik Kilsəsi Mişanı xilas etməyə çağırdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti Roma Katolik Kilsəsinin Qafqaz üzrə missiyasının rəhbəri Cüzeppe Pazottonu narahat edir.

Axar.az xəbər verir ki, bu barədə kilsənin Feysbuk səhifəsində məlumat yayılıb.

Missiyanın rəhbəri Gürcüstan hakimiyyətini hüquqi aspektlərdən imtina edib Saakaşvilinin həyatını xilas etməyə çağırıb.

Qurum, həmçinin Saakaşvilinin Gürcüstanın taleyindəki tarixi rolunu nəzərə alaraq, ona xüsusi qayğı ilə yanaşmağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri II İliya iki dəfə Saakaşvilini aclığı dayandırmağa çağırsa da, o, bundan imtina edib.