İranda zənginləşmiş uranın həcmi kəskin artdı

İranda 60 faizə qədər zənginləşdirilmiş uranın miqdarı 25 kq-a çatıb.

Axar.az xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi deyib.

“Bu günə qədər 60 faizə qədər zənginləşdirilmiş 25 kq uran istehsal etmişik. Nüvə silahına malik olan dövlətlər istisna olmaqla, heç bir ölkənin bu qədər imkanı yoxdur”, — deyə Kamalvəndi bildirib.