Ermənistanda kütləvi zəhərlənmə oldu

İrəvanda 15 nəfər pizzadan zəhərlənib və bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, onların arasında 10 və 13 yaşlı iki uşaq da var. Zəhərlənənlərin hamısının paytaxtda yerləşən “Taşir Pizza” şəbəkəsinin qida məntəqələrinə baş çəkdiyi vurğulanıb.

Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.