BƏƏ Türkiyəyə 10 milyon dollarlıq dəstək verdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) meşə yanğınlarından və seldən zərər görən ərazilərdə ekoloji işlərə və kompensasiyalara dəstək vermək üçün Türkiyəyə 36,7 milyon dirhəm (10 milyon dollar) ianə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan göstəriş verib.

 

Bçıqlamada BƏƏ-nin fəlakətlər qarşısında türk xalqı ilə həmrəy olduğu, Türkiyənin şimalında baş verən sel fəlakəti və cənubda meşə yanğınlarının vurduğu ziyanı azaltmaq istədiyi bildirilib.

 

BƏƏ-nin rəsmi xəbər agentliyinin məlumatına görə, Əbu-Dabi rəhbərliyinin həmrəylik və əməkdaşlıq tələb edən vəziyyətlərdə dost ölkələrə yardım əlini uzatmağa davam edəcəyi bildirilib.