Alkali: 2300 müəllim öldürüldü, 19 mini didərgin düşdü

Son 11 ildə Adamava, Borno və Yobe ştatlarında 2300-ə yaxın müəllim Boko Haram terror qruplaşmasının yaraqlılarının əli ilə həlak olub, daha 19 min nəfər isə didərgin düşüb.

Axar.az xəbər verir ki, bu barədə Şimal-Şərqi Nigeriya İnkişaf Komissiyasının icraçı direktoru Məhəmməd Alkali məlumat verib.

«Nigeriyanın şimal-şərqində təhsil artıq tənəzzülə uğramışdı və Boko Haram hücumlarının yaratdığı böhranın başlaması ilə vəziyyət daha da pisləşdi”, — deyə Alkali bildirib.