Ağacları kəsən şəxs barədə sənədlər prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov «Report»a bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 13 600 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib”.