ABŞ Səudiyyə Ərəbistanına 650 milyon dollar dəyərində silah satacaq

ABŞ Dövlət Departamenti ölkə raketlərinin Səudiyyə Ərəbistanına 650 milyon dollara satışına razılıq verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub: «Dövlət Departamenti Səudiyyə Ərəbistanına təhminən 650 milyon dollar dəyərində qabaqcıl orta məsafəli «hava-hava» raketləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib».

 

 

Qeyd olunub ki, Ər-Riyad 280 raket, 600-ə yaxın dəmir yolu buraxılış bazası, eləcə də köməkçi avadanlıq satmağı xahiş edib.