ABŞ-da peyvənd olunan uşaqlara 100 dollar veriləcək

Koronavirus əleyhinə peyvənd olunan 5-11 yaş arası uşaqların 100 dollar almaq hüququ var.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio özünün Tvitter səhifəsində yazıb.

 

“Şəhərin vaksinasiya mərkəzində koronavirusa qarşı peyvənd olunan 5-11 yaş arası uşaqlar 100 dolları məbləğində mükafat almaq hüququna malikdir”, — deyə Bill de Blazio bildirib.

 

Qeyd edək ki, hazırda Nyu-York əhalisinin 67,4 faizi koronavirus əleyhinə tam olaraq, 6,4 faizi qismən peyvənd edilib, 26,3 faizi isə vaksinasiyadan keçməyib