Zurabişvili: “Seçkilər bitdi, amma heç kim qalib deyil”

Gürcüstanda seçkilər başa çatıb, amma heç kim özünü tam qalib hesab etməli deyil. Çünki nə ölkə, nə də cəmiyyyət buna hazır deyil”.

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın inkişaf yoluna qayıtması üçün sabitlik vacibdir: “Cəmiyyət üçün də sülh və siyasi qarşıdurmadan fəaliyyətə keçid lazımdır. Seçki nəticələri onu deməyə əsas verir ki, seçicilər sərbəst şəkildə öz iradəsini ifadə edib”.

 

Qeyd edək ki, 30 oktyabrda Hakim Gürcü Arzusu seçki keçirilən 20 şəhər və rayonun 19-da qalib gəlib. Müxalifət isə total saxtakarlıq edildiyini bildirərək, seçkilərin nəticələrini tanımaqdan imtina edib.