Vasif Talıbov qudasını işdən çıxardı

Naxçıvanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

“Qafqazinfo” Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Qeyd edək ki, F.Ələkbərov Vasif Talıbovun qudasıdır. O, Naxçıvanın DİN rəhbəri vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.

DİN-in keçmiş rəhbəri Əhməd Əhmədov külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunaraq həbs edilib.

 

Vasif Talıbov nazir qudasını işdən çıxardı