Ukraynanın Ombudsmanı Saakaşvilinin anası ilə görüşdü

Ukraynanın Ombudsmanı Lyudmila Denisova Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Lyudmila Denisova öz feysbuk hesabında paylaşıb.

Görüş Kiyev şəhərində baş tutub. Görüşdə, həmçinin Saakaşvilinin ukraynalı sevgilisi Yelizaveta Yasko və gürcü siyasətçinin ukraynalı vəkili Yevgeni Qruşoveç də iştirak edib.

Anası oğlunun səhhəti ilə bağlı narahatlığını ifadə edib.

Bununla yanaşı, Ukrayna Ombudsmanı Gürcüstan rəhbərliyini Saakaşvilinin sağlamlığı ilə bağlı vəziyyətinə reaksiya verməyə çağırıb.