Sudan ordusu yeni hökumətin yaxın vaxtlarda qurulacağını bildirib

Sudan ordusu komandanlığının sözçüsü Tahir Əbu Hace yaxın müddətdə yeni hökumət qurulacağını deyir.

APA-nın Anadolu agentliyinə istinadla xəbərinə görə, Əbu Hace bildirib ki, yeni hökumət oktyabrın 25-də qəbul edilmiş qərarlara uyğun şəkildə təşkil olunacaq. Ölkədə yeni və texnokrat hökumətin qurulması zəruridir.

 

Qeyd edək ki, oktyabrın 25-də baş verən dövlət çevrilişindən sonra nazirliklər buraxılıb, çox sayda siyasətçi həbs edilib. Ölkənin beynəlxalq əlaqələrinə də ciddi məhdudiyyət tətbiq edilib.