Saakaşvili müraciət etdi: Yaşamaq istəyirəm…

Mən heç bir vəzifə istəmirəm, yaşamaq istəyirəm. Azadlıq, Gürcüstanda azad, xoşbəxt insanlar arasında sərbəst hərəkət etmək istəyirəm.

Axar.az xəbər verir ki, bu sözlər hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin müraciətində əks olunub.

Saakaşvili bildirib ki, hakimiyyət tərəfindən əfv olunmasını istəmir, onu və ölkəsini yalnız gürcü xalqı azad edə bilər.

“Gürcü xalqı yerli idarəetmə orqanlarına seçkidə müxalifəti dəstəkləməklə seçki inqilabını başa çatdırdı. Müxalifət namizədləri bütün şəhərlərdə hakim Gürcü Arzusunun nümayəndələrini məğlub etdilər, hakimiyyət isə qələbəni oğurladı”, — Saakaşvili bildirib.