Rusiya, Türkiyə və İran rəsmiləri Nur-Sultana toplaşırlar

Suriya üzrə danışıqların növbəti mərhələsi dekabrın ortalarında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.

LAF TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məlumatda deyilir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi məlumat yayıb.

“Bizə qarant ölkələrdən (Rusiya, Türkiyə, İran — red.) Astana prosesinin növbəti danışıqlarının təşkili ilə bağlı müraciət daxil olub, hazırda biz dəqiq tarixi razılaşdırırıq. Bu danışıqlar haradasa dekabr ayının ortalarında baş tutacaq”, — deyə Muxtar Tleuberdi vurğulayıb.

Qazaxıstanın xarici işlər nazirinin sözlərinə görə, qarant ölkələr nazir müavinləri səviyyəsində təmsil olunacaqlar.