Lökbatan və Qanlıgöl ərazisində ətraf mühiti çirkləndirən şəxslər cərimələnib

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LAF TV.az-a verilən məlumata görə, noyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi və Yasamal rayonunun Qanlıgöl ərazilərində yük avtomobili ilə məişət və digər qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə vətəndaşlar R.Babayev və H.Xudaverdiyev barəsində protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.