Koçaryan Şuşanın əldən verildiyi gün Paşinyanı devirmək istəyir

Ermənistanın eks-prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan baş nazir Nikol Paşinyanı devirmək fikrindədir.
Modern.az xəbər verir ki, o, “Ermənistan” blokunun noyabrın 8-də İrəvanın mərkəzində mitinq keçirəcəyini elan edib.
Koçaryan mitinlə birlikdə, “Milli Müqavimət” hərəkatına başlayacaqlarını elan edib. Mitinqə Serj Sarkisyanın faktiki liderlik etdiyi “Şərəf duyuram” müxalif bloku da qoşulacaq.
“Milli müqavimət formalaşdırmaq və hakimiyyəti dəyişmək lazımdır. Bunun sayəsində layiqli sülhə, ağır sosial-iqtisadi böhranın çözülməsinə və Ermənistanın təhlükəsizliyinə nail oıunacaq”-deyə blokun bəyanatında bildirilir.
İrəvanın Azadlıq meydanında baş tutacaq mitinq zamanı kütləvi iğtişaşların təşkil olunması, ölkədə siyasi durumun süni şəkildə gərginləşdirilməsi yolu ilə Nikol Paşinyan iqtidarının devrilməsi istisna olunmur.
Koçaryanın başçılıq etdiyi “Qarabağ klan”ı Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanmasını və delimitasiya prosesinin keçirilməsini nəzərdə tutan razılaşmaların gündəmdən çıxarıımasına çalışır.
Mitinqin Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edildiyi 8 noybar tarixinə salınması da məhz bu məqsədə xidmət edir.