DİM ilə “YAŞAT” Fondu arasında müqavilə imzalanıb

Dövlət İmtahan Mərkəzi ilə “YAŞAT” Fondu arasında müqavilə imzalanıb.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, müqavilənin 10 bəndi var. Müqavilə şəhid ailə üzvlərinin və müharibə əlillərinin təhsil trayektoriyasının düzgün müəyyənləşməsinə və gələcək karyeralarıının qurulmasına yardım edəcək.