Binəli Yıldırım: “Qarabağ münaqişəsi artıq yoxdur”

İşğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün şərt olmaqdan çıxıb. Artıq Qarabağ münaqişəsi yoxdur. Bunu sabiq baş nazir, Türkiyə Böyük Millət Məclisinin eks-spikeri, millət vəkili Binəli Yıldırım “COVID-19-dan sonra dünya” VIII Qlobal Bakı Forumu çərçivəsində virtualaz.org-a açıqlamasında deyib.

“İndi Ermənistan Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birgə işləmək əzmini nümayiş etdirməlidir. Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. Lakin bu, təkcə bir tərəfin istəyindən asılı deyil. Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmaqdan başqa yolu yoxdur. Xalqlarımız əsrlər boyu yan-yana yaşayıblar. Ermənistan xalqının ölkənin gələcəyi üçün məsuliyyəti öz əlinə alması lazımdır”, — Yıldırım bildirib.

 

REPORT.az