Bakıda 15 yaşlı qız intihar etdi

Abşeron rayonunda intihar hadisəsi baş verib.

 

LAF TV.az Report-a istinadən xəbər verir ki, hadisə dünən Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Q.Nəsirova yaşadığı binadan özünü atıb.

 

Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.